“ABŞ Ukraynanı tükənmiş uran tərkibli mərmilərlə təmin edəcək” – “WSJ”
14-06-2023, 00:13
ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan tank mərmiləri göndərmək istəyir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumatda Böyük Britaniyanın daha öncə Ukraynaya bu cür mərmilər verdiyi qeyd olunub. Nəşr xatırladıb ki, aprel ayında Böyük Britaniya Ukraynaya tükənmiş uran mərmiləri göndərib. Həmçinin bildirilib ki, sözügedən döyüş sursatlarının insan sağlamlığına və ətraf mühitə zərərili olduğuna dair şübhələr olduğuna görə, bu cür mərmilərin transferi ilə bağlı müəyyən narahatlıqlar var.