ABŞ Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi ayırıb
14-06-2023, 08:34
ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.
"ABŞ Prezidenti Cozef Baydenin verdiyi səlahiyyətə uyğun olaraq, mən Ukraynaya 40-cı mövcud silahların ayrılmasına icazə verirəm. Bu, 325 milyon dollar dəyərində Amerika silah və texnikası verəcək", - sənəddə deyilir.
Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.