İsrail komandiri: "Çoxcəbhəli müharibəyə hazırlaşırıq"
14-06-2023, 09:54

İsrailin 282-ci Artilleriya Briqadasının komandiri, polkovnik Nimrod Tzibolski gələcək müharibənin çoxtərəfli və Livan və Suriyanı əhatə edən şimal sərhədlərində olacağını proqnozlaşdırıb.
Sitat.info xəbər verir ki, İsrailin 282-ci Artilleriya Briqadasının komandiri polkovnik Nimrod Tzibolski verdiyi açıqlamada ABŞ Mərkəzi Komandanlığına bağlı qüvvələr ilə İsrail quru qüvvələri arasında iki həftə davam edən “Əzici yumruq” təliminə işarə edərək deyib: “Son iki həftədə şimal sərhədlərində müharibəni simulyasiya edən təlim keçirdik. Bu təlimin bir hissəsi olaraq real müharibə şəraitində qarşılaşa biləcəyimiz hər hansı təhlükəni simulyasiya edirik".
İstənilən vəziyyətə hazır olduqlarını ifadə edən Tzibolski: "Hazırıq, hərtərəfli müharibəyə hazırlaşırıq və bu əsasda təlimlər keçiririk. Xüsusilə şimal sərhəddində bir şey olması ehtimalına qarşı hazırlaşırıq. Bilirik ki, növbəti müharibə çox güman ki, çoxcəbhəli olacaq və müharibədə qalib gəlmək üçün çoxsaylı cəbhələrdə və ssenarilərlə döyüşməyə hazırıq. Hizbullah bizi sınağa çəksə, təəccüblənəcək", - deyib.