Zelenskinin mənzili əlindən alındı

28-07-2023, 18:17           
Zelenskinin mənzili əlindən alındı
Krımda Zelenskinin mənzilinin taleyindən danışdılar.

Teref.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Krım Respublikasının Əmlak və Torpaq Münasibətləri Nazirliyində Ukrayna prezidenti Vladimir Zelenskinin mənzilinin gələcək taleyilə bağlı müzakirə aparılıb.

Zelenskinin mənzili, nəhayət, iyulun 27-də Krımın mülkiyyətinə keçib.

Qeyd edək ki, mayın 24-də Krımın Dövlət Şurası Ukrayna prezidentinin əmlakını milliləşdirmək niyyətini açıqlayıb. Yarımadanın rəhbəri Sergey Aksyonov böyük şərab zavodlarını və bank strukturlarını da eyni aqibətin gözlədiyini vurğulayıb. Qurum rəsmisi verdiyi sözə əməl edəcəyini və “Rusiya düşmənlərinin” Krımda pul qazanmasına imkan verməyəcəyini bildirib.

Bundan əvvəl Krım Dövlət Şurasının rəhbəri Vladimir Konstantinov Zelenskinin mənzilinin hərraca çıxarılacağını bildirib. Əmlakın satışından əldə edilən gəlir Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında olan əsgərlərə kömək üçün istifadə olunacaq.(publika)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru