Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb

28-07-2023, 18:18           
Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb
Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb.

“Report” xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

Qeyd olunub ki, ayrılan vəsait tibb, təhsil, minaların təmizlənməsi və digər humanitar layihələrə yönəldiləcək.

Qeyd edək ki, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Ukraynada səfərdədir. O, həmkarı D.Şmıqalla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru