ABŞ-də xəstəxanalara kiberhücum: Bir çox ştatlarda səhiyyə xidmətləri dayandırıldı

5-08-2023, 10:58           
ABŞ-də xəstəxanalara kiberhücum:
ABŞ-nin Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalar kiberhücuma məruz qalıb.

Nəticədə xəstəxanalarda səhiyyə xidmətləri dayandırılıb.

Kiberhücum səbəbilə xəstəxanalardakı kompüter sistemlərinin sıradan çıxması bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının istiqamətinin dəyişməsinə yol açıb. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara yönləndirilib.

ABŞ-də yerləşən və kiberhücumdan təsirlənən “Prospect Medical Holding” sağlamlıq mərkəzi tərəfindən bununla bağlı açıqlama verilib.
“Kiberhücum haqqında öyrəndikdən sonra sistemlərimizi qorumaq üçün oflayn vəziyyətinə gətirdik və kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə araşdırma başlatdıq. Araşdırmalarımız davam edir və biz mümkün qədər tez zamanda normal əməliyyatlara qayıtmaq üçün səylə çalışır, diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik”, - deyə açıqlamada bildirilib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru