Litva və Latviya qoşunları Belarusla sərhədə doğru irəliləyir - FOTO/VİDEO

5-08-2023, 11:38           
Litva və Latviya qoşunları Belarusla sərhədə doğru irəliləyir - FOTO/VİDEO
Litva və Latviya silahlı qüvvələri öz qoşunlarını yenidən qruplaşdırmaq və Belarus Respublikası ilə sərhədlərə istiqamətlənmək qərarına gəliblər.

Bir müddət əvvəl təhlükəsizlik qüvvələrini sərhədə göndərən qonşu Polşadan nümunə götürərək Latviya və Litva öz qoşunlarını Belarusla sərhədə yerləşdirirlər.

Litva və Latviyadakı qoşunların Belarusla sərhədə yerləşdirilməsi ilə bağlı görüntülər yayılıb.

Sosial şəbəkə istifadəçiləri bununla bağlı paylaşımlar ediblər.

Ehtimal edilir ki, Baltikyanı ölkələrdə təhlükəsizlik qüvvələrinin aktivləşməsi Belarus Respublikasında “Vaqner” özəl hərbi şirkətinin yenidən qruplaşdırılması ilə bağlıdır.
Məlumata görə, zirehli texnika və hərbçilərdən ibarət kolonlar Belarusla sərhədə doğru irəliləyir.

Eyni zamanda yayılan xəbərlərə görə, Almaniya vətəndaşları “Vaqner”in Belarus ərazisindəki fəaliyyəti, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Polşa sahillərinə getməkdən imtina edirlər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru