Rusiyaya qarşı “ölüm qrupu” yaradıldı – Britaniyada təlim başlayır

5-08-2023, 15:28           
Rusiyaya qarşı “ölüm qrupu” yaradıldı –
Ukrayna ABŞ F-16 qırıcılarında təlim keçmək üçün pilotlar qrupu yaradıb. Qrupa ingilis dilini mükəmməl bilən 8 hərbçi daxildir.

Teleqraf.com xəbər verir ki, “Politico” pilotların rəsmi təlim planı hazır olan kimi qırıcı təyyarələrdə təlimlərə başlayacaqlarını yazır.

Təlim planı avropalı müttəxəssislər tərəfindən hazırlanır və ABŞ tərəfindən təsdiqlənəcək. Təlimlərin başlayacağı dəqiq tarix məlum deyil.

İngilis dilini o qədər də yaxşı bilməyən daha 20 ukraynalı pilot var, onlar bu ay Böyük Britaniyada dil kurslarına başlaya bilərlər.

“Ümumilikdə 32 ukraynalı pilot müəyyən edilib, iki eskadrilya üçün kifayətdir. Onlar potensial olaraq təlim proqramında iştirak edə bilər, amma ingilis dili məsələsi əngəl olaraq qalır”, – nəşr bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski pilotların F-16 təlimlərinin avqustda başlayacağını açıqlamışdı.

Rusiya Ukraynaya F-16-ların göndərilməsi ehtimalına qarşı xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru