Çin Cənubi Koreya vətəndaşını edam etdi

6-08-2023, 12:23           
Çin Cənubi Koreya vətəndaşını edam etdi
Narkotik qaçaqmalçılığı ilə ittiham olunan Cənubi Koreya vətəndaşı Çində edam olunub. Bu, son doqquz ildə Çinin edam etdiyi ilk Cənubi Koreya vətəndaşıdır.

Quanqjou şəhər məhkəməsi cümə günü cənubi koreyalı müttəhimə hökm oxuyub.

“Müxtəlif millətlərdən olan müttəhimlər Çin ərazisində cinayət törədirlərsə, qanun onlara bərabər qaydada şamil olunacaq,” Çin xarici işlər nazirliyinin yaydığı bəyanatda bildirilir.

Rəsmi Seul vətəndaşının edam olunduğunu təsdiqləyib.

Çin rəsmiləri Cianq adlı müttəhimin “legitim hüquqlarına və maraqlarına” məhkəmə prosesi zamani riayət olunduğunu bildirib.

Cənubi Koreya baş verənlərin təəssüf doğurduğunu bildirib və qeyd edib ki, rəsmi Seul dəfələrlə Çin hökumətindən edam cəzasının təxirə salınmasını xahiş edib.

Həmin şəxs 2014-cü ildə beş kiloqram metamfetamin maddəsi ilə həbs olunmuşdu.

Çinin hüquq sistemi tam şəkildə Kommunist Partiyasının nəzarətindədir, və məhkəmələr 100% hallarda cinayət ittihamları üzrə həbs edilən şəxsləri məhkum edir.

Bir çox ölkələr kimi Çində də narkotikə dair qanunlar sərtdir və ötən illərdə bir neçə xarici ölkə vətəndaşı edam cəzasına məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru