Bu kadrlar vəzifələrindən qovulacaq – Prezidentdən SƏRT AÇIQLAMA

6-08-2023, 10:13           
Bu kadrlar vəzifələrindən qovulacaq –
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə dövlət qurumlarında kütləvi “təmizləmələrin” olacağına eyham vurub.

TNS UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə axşamkı videomüraciətində bildirib.

Prezident vurğulayıb ki, hər kəs yalnız dövlət naminə çalışmalıdır və bundan sonra köhnə formatlar olmayacaq.

“Gələn həftə biz dövlət qurumlarını bütün o köhnə vərdişlərə və keçmişdən gələn köhnə sxemlərə sürükləməyə çalışanlardan təmizləmə işlərini davam etdirəcəyik. Çünki onlar onilliklər ərzində Ukraynanı zəiflədiblər”,- Zelenski qeyd edib.

“Bizim dövlətimizdə daha köhnə formatlar olmayacaq. O formatlar ki, bəziləri dövləti və xalqı müdafiə edərkən, digərləri həm dövləti, həm də xalqı öz mənafeyinə xidmət etməyə məcbur edirdilər.

Kim olmasından asılı olmayaraq - istər hərbi komissar, istər deputat, istərsə də məmur - hər kəs yalnız dövlət naminə çalışmalıdır. Belə də olacaq",- deyə Ukrayna Prezidenti çıxışını yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru