Britaniya hökuməti “Sepah”ı milli təhlükəsizliyə böyük təhdid hesab edir

6-08-2023, 13:16           
Britaniya hökuməti “Sepah”ı milli təhlükəsizliyə böyük təhdid hesab edir
Britaniya hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkənin milli təhlükəsizliyinə ən böyük təhdid hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən “The Sunday Times” məlumat yayıb.

“İrandan gələn təhdid həmişə olduğu kimi, bizim ən böyük narahatçılığımıza çevrilib”, - qeyd olunub.

Nəşrin yazdığına görə, Britaniya departamentinin rəhbəri Suell Braverman İİKK-nın Böyük Britaniyada fəaliyyətini gücləndirəcəyindən ehtiyat edir. Bununla yanaşı, London kəşfiyyatla bağlı narahatlığını ifadə edib. İddia olunur ki, Tehran Böyük Britaniyadakı yerli cinayət təşkilatlarından üzvlər cəlb etməyə çalışır.

Bundan əlavə, mənbə qeyd edib ki, Tehranda onlar getdikcə aqressivləşir və iştahları artır. İslam Respublikasının hakimiyyət orqanları öz rejiminə meydan oxuyan hər kəsə düşmən münasibət bəsləyir.

Qeyd eədk ki, Britaniya hakimiyyəti Rusiyanın yaratdığı təhlükəyə qarşı durmağı prioritet adlandırmışdı. Ölkə Ukraynada xüsusi əməliyyatın başlamasından sonra Rusiya və Çin, eləcə də İran arasında əməkdaşlığın dərinləşməsindən narahatlığını ifadə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru