LATVİYA NATO ÜÇÜN SURSAT İSTEHSALI ZAVODU TİKƏCƏK

9-08-2023, 09:04           
LATVİYA NATO ÜÇÜN SURSAT İSTEHSALI ZAVODU TİKƏCƏK
Latviyada NATO-nun ehtiyacları üçün döyüş sursatı və digər hərbi təyinatlı malların istehsalı zavodunun tikilməsi planlaşdırılır.
“İnterfaks” xəbər verir ki, bu barədə LETA agentliyi Latviyanın müdafiə naziri İnara Murniyesə istinadən məlumat yayıb.

“Dövlət səhmdar cəmiyyətinin yaradılması məsələsi nəzərdən keçirilir, onun vəzifəsi təkcə öz silahlarını tədarük etmək üçün deyil, həm də digər NATO-ya üzv dövlətlərə kömək etmək üçün istifadə edilə bilən hərbi məhsullar istehsal etmək olacaq”, – deyə bildirib.

Bildirilir ki, belə bir qərar Müdafiə Nazirliyinin rəhbərinin Latviya prezidenti Edqar Rinkeviçlə keçirdiyi görüş nəticəsində “bütün dünyada silah və silah sistemlərinin qıt edildiyini nəzərə alaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru