Rusiyalılar xarici valyuta ilə olan bütün əmanətlərini azaldırlar

9-08-2023, 11:54           
Rusiyalılar xarici valyuta ilə olan bütün əmanətlərini azaldırlar
Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir.
İyun ayında rusiyalılar ilk dəfə olaraq bütün mövcud: nağd pul, xarici və Rusiya hesablarında, eləcə də brokerlərdəki valyuta vəsaitlərini azaldıblar.
"RİA Novosti" Mərkəzi Bankın məlumatlarını hesablayaraq bu qənaətə gəlib.
Agentliyin hesablamalarına görə, rusiyalılar xarici valyutada 218 milyard dollar yığım saxlayıblar ki, bu da bir ay əvvəlki göstəricidən 1% azdır. Eyni zamanda, iyun ayında bütün yığım növləri eyni vaxtda azalıb ki, bu da Mərkəzi Bankın bu cür statistikasını 2018-ci ildə başlatmasından bəri ilk dəfə baş verib.
Belə ki, ötən ilin aprelindən bəri ilk dəfə olaraq xaricdəki hesablarda olan vəsaitin həcmi 0,9% azalaraq 73 milyard dollara enib. Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir - bu dəfə 2,5%, yəni 45,3 milyard dollara qədər.
Rusiyalıların ən böyük valyuta əmanətləri nağd valyutada idi, baxmayaraq ki, yayın ilk ayında onlar 0,2% azalaraq 96,6 milyard dollara eniblər. Xarici valyutada broker hesablarındakı pul vəsaitləri də 9,5% azalaraq 2,9 milyard dollara düşüb.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru