Çində defilyasiya qeydə alındı

9-08-2023, 14:24           
Çində defilyasiya qeydə alındı
Dünya yüksək qiymət artımları ilə mübarizə apardığı bir vaxtda Çində defilyasiya (ucuzlaşma) qeydə alınıb.
Sfera.az xəbər verir ki, iyulda ümumi qiymət səviyyəsi əvvəlki ilin eyni ayına görə 0,3 aşağı düşüb.
Bu, 2021-ci ilin fevral ayından bəri istehlak qiymətlərindəki ilk enişdir.
Ucuzlaşmaya səbəb olan əsas faktor istehsalçı qiymətləri olub. İstehsalçı qiymətlərində 4,4 faiz azalma baş verib.
Bu məlumatın açıqlanması bir çox ölkədə təəccüblə qarşılanıb. Defilyasiya Çin iqtisadiyyatının bərpasında yaşanan çətinlikləri göstərməklə bərabər qlobal səviyyədə qiymət artımlarının zəifləməsinin də əlaməti hesab oluna bilər. Bununla bərabər dünyada tələbin zəifləməsi də Çində aktivliyə mənfi təsir göstərib.
Qeyd edək ki, Çində ucuzlaşma baş versə də əksər ölkələrdə, o cümlədən Azərbaycanda yüksək inflyasiya müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru