Mikrofonu açıq qalan deputat işlətdiyi ifadələrə görə istefa verdi

9-08-2023, 14:07           
Mikrofonu açıq qalan deputat işlətdiyi ifadələrə görə istefa verdi
Bolqarıstan parlamentinin “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) partiyasından olan deputatı Vejdi Rəşidov parlamentdə və partiyada fəaliyyətini tamamilə dayandırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb deputatın qadınlar haqqında nalayiq ifadələr işlətməsi olub. Belə ki, deputatların bazar ertəsi keçirilən növbədənkənar iclasında səs çoxluğu ilə “Məişət zorakılığından qorunma haqqında” qanuna dəyişiklikləri təsdiqlənərkən mikrofonun işə salınmasından xəbəri olmayan Rəşidov qadınlara qarşı nalayiq ifadələr işlədib.

Bu qalmaqal fonunda Rəşidov Milli Məclisin Mədəniyyət və media komitəsinin sədri və GERB-in icraiyyə komitəsinin üzvü vəzifələrindən istefa verib. Deputat, həmçinin, üzr istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru