KİV: Ukrayna qüvvələri Xersonda hücuma keçib

9-08-2023, 16:28           
KİV: Ukrayna qüvvələri Xersonda hücuma keçib
KİV: Ukrayna qüvvələri Xersonda hücuma keçib
Ukrayna qüvvələri Xersonda Dnepr çayı boyunca hücuma keçib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət mediası məlumat yayıb.

Yayılan xəbərlərə görə, Kiyevin qüvvələri Rusiya işğalı altındakı Kozaçi Laqeri kəndi yaxınlığına çıxmağa cəhd edib. Rusiyalı hərbi bloggerlərdən biri pusquya salınan 25 ukraynalı hərbçinin öldürüldüyünü və ya ələ keçirildiyini, onlardan üçünün zabit olduğunu iddia edib. Rusiya mənbələri, həmçinin Ukraynanın hücumunun nəticəsiz olduğu bildirilib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə Baş Qərargahın Xersona hücumla bağlı Rusiya mediasında yayılan xəbərləri təsdiqləmədiyini qeyd edib və yayılan məlumatların orijinal mənbəyinin ruslar olduğunu deyib.

CNN-in məlumatında qeyd olunub ki, bəzi təhlilçilər Ukraynanın Xersondakı fəaliyyətlərinin Rusiya qüvvələrinin Zaporoje regionuna yenidən yerləşdirilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirirlər.

Qeyd olunub ki, Zaporojenin ələ keçirilməsi Ukrayna üçün açar olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru