Rusiya Sibir anbarındakı köhnə tankları Ukraynaya daşıyır - VİDEO
9-08-2023, 17:44
Vladimir Putin Ukraynada böyük itkilərə məruz qaldıqdan sonra köhnə tanklarının və zirehli maşınlarının demək olar ki, yarısını Sibirdəki açıq hava anbarından çıxarmalı olub.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Prezidentinin əmri ilə 1570 köhnə rus tankı Sibirdəki anbardan çıxarılaraq, Ukraynaya göndərilib.
Qeyd olunur ki, müharibədən əvvəl burada 3840 tank olsa da, hazırda bunun 40 faizindən çoxu anbardan çıxarılıb. Sosial şəbəkələrdə paylaşılan bir videoda köhnə tankların hərbi qatarla döyüş bölgəsinə aparıldığı görünür.
Bildirilir ki, hərbi texnikalar arasında 1975-ci ilə qədər istehsal olunan T-62, sovet diktatoru İosif Stalinin T-54, Soyuq Müharibə illərində istifadə olunan T-55 tankarı da var.