ABŞ hipersəs silahlarını bu ölkədə sınaqdan keçirəcək

10-08-2023, 10:34           
ABŞ hipersəs silahlarını bu ölkədə sınaqdan keçirəcək
“Pentaqon Avstraliya ərazisini hipersəs silahlarının sınaq poliqonu hesab edir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın ordu katibi Kristin Uormut deyib.


O bildirib ki, Birləşmiş Ştatlar Avstraliyanı AUKUS strateji tərəfdaşlığı çərçivəsində hipersəs silahlarının sınaq meydançası kimi nəzərdən keçirir.

Vormutun sözlərinə görə, Avstraliya bu cür sınaqların daha əlverişli şəraitdə aparıla biləcəyi geniş əraziyə malikdir. O, ABŞ-da belə sınaqlar üçün açıq yerlərin az olduğunu, bunun nəticəsində Pentaqonun digər ölkələrdən kömək istəməyə qərar verdiyini açıqlayıb.

Bundan əlavə Vormut qeyd edib ki, Avstraliyanın AUKUS alyansına töhfəsi həm maliyyə, həm də praktiki olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru