Qərbi Azərbaycan vilayətinin kəndlərində telekommunikasiya işçiləri gecikmiş maaşlarını tələb edir

10-08-2023, 11:34           
Qərbi Azərbaycan vilayətinin kəndlərində telekommunikasiya işçiləri gecikmiş maaşlarını tələb edir
İran telekommunikasiya şirkətinin təqaüdçüləri ölkənin müxtəlif vilayətlərində aksiya və yürüş keçirməyə davam edərkən, Qərbi Azərbaycan vilayətinin kəndlərində çalışan telekommunikasiya agentləri də vilayətin mərkəzi Urmiyədə mitinq keçiriblər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin məlumatına görə, telekommunikasiya agentləri maaşlarının gecikdirilməsinə etiraz edirlər.

Kənd sakinləri İran telekommunikasiya şirkətinin Qərbi Azərbaycan vilayəti idarəsinin önündə toplaşaraq gecikdirilmiş maaşlarını tələb ediblər.
İLNA-nın avqustun 8-də yaydığı xəbərə görə, agentlər həmçinin maaşlarının müntəzəm şəkildə ödənilməsi üçün lazımi addımların atılmasını istəyirlər.

"Etiraz üçün toplaşan agentliklər deyir ki, gecikmələr bir çox problemə yol açır. Minimum əmək haqqı gecikəndə yaşayış bağlı qapıya dayanır," agentliyin xəbərində qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru