Norveçdə daşqın səbəbindən təxliyə edilənlərin sayı açıqlandı

11-08-2023, 08:14           
Norveçdə daşqın səbəbindən təxliyə edilənlərin sayı açıqlandı
Norveçdə Hans siklonunun törətdiyi daşqınlar və torpaq sürüşmələri səbəbindən ən azı 3885 nəfər təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, 1000-ə yaxın insan Norveçin qərbindəki Ol şəhərində, daha 1714 nəfər isə krallığın mərkəzi hissəsində yerləşən Henefoss şəhərində evlərini tərk edib.

Materialda qeyd olunur ki, fövqəladə hallar xidməti xilasetmə əməliyyatları üçün 12 helikopter cəlb edib, onlara polis və Silahlı Qüvvələrin aviasiyası kömək edir.

Ölkənin yol idarəsi yerli və respublika əhəmiyyətli yolların bağlanması ilə əlaqədar ümumi fövqəladə vəziyyət elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru