“ECOWAS” Nigerə hücuma hazırlaşır

11-08-2023, 10:24           
“ECOWAS” Nigerə hücuma hazırlaşır
Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vziyyətə gətirilməsi tapşırılıb.

“Report” xəbər verir ki, bu barədə “ECOWAS” Komissiyasının sədri Ömər Aliu Turey məlumat verib.

Onun sözlərinə görə, birliyə üzv ölkələrin Baş Qərargah rəislərinə Nigerdə konstitusiya quruluşunu bərpa etmək vəzifəsi ilə ehtiyat qüvvələri hərtərəfli hazır vəziyyətə gətirmək tapşırılıb.
Ətraflı
Ad - 00:15

“Nigerdə konstitusiya quruluşunun bərpası üçün bütün variantlar masa üzərindədir”.

Qeyd olunub ki, birlik Nigerdə vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiqdir, lakin bütün variantlardan istifadə etməyə də hazırdır.

Xatırladaq ki, Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyanın paytaxtı Abucada fövqəladə iclası keçirilib və əsas diqqət Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılara qarşı növbəti addımların işlənib hazırlanmasına yönəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru