İqtisadi böhran səbəbindən dövlət televiziyası yayımını dayandırdı
İqtisadi böhran səbəbindən dövlət televiziyası yayımını dayandırdıDÜNYA
Livanda baş verən iqtisadi böhranla əlaqədar “Tele Liban” dövlət televiziyası yayımını dayandırıb.
İşçilər uzun müddətdir maaşların artırılmasını gözləsələr də, bir çox insan büdcə problemlərinə görə işlərini tərk edib.
Tele Libanda 40 ildir operator kimi çalışan jurnalist Bilal Şuman bildirib ki, Livanın İnformasiya naziri Ziyad Mekari birlik və televiziya rəhbərliyinin büdcə ilə bağlı razılığa gələ bilməməsindən sonra yayımı dayandırmaq qərarına gəlib.
İşçilərin 2 ildir maaşlarında artım gözlədiklərini, lakin ciddi bir irəliləyiş olmadığını qeyd edən Şuman, "Böhrandan əvvəl (2019-cu ildə) maaşım 1700 dollar idi. Hazırda ayda 30 dollar alıram"- deyib.