Ukrayna qoşunları möcüzə göstərir - Pentaqon sözçüsü

11-08-2023, 19:04           
Ukrayna qoşunları möcüzə göstərir -
"Ukrayna qoşunları Rusiya qüvvələrini müdafiə mövqelərinə çəkilməyə sövq edərək möcüzə göstərdi".

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.

O əlavə edib ki, cəbhədəki vəziyyət idealdan uzaq olsa da, Ukrayna Silahlı Qüvvələrinin əldə etdiyi nəticələr həqiqətən əladır.

“Biz onlara məsləhət və təlim verməyə davam edəcəyik ki, onlar suveren ərazilərini geri ala bilsinlər və sonda bu müharibədə qalib gəlsinlər”, - sözçü vurğulayıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru