Britaniya Ukrayna üçün minə yaxın dəniz piyadası HAZIRLADI

11-08-2023, 17:08           
Britaniya Ukrayna üçün minə yaxın dəniz piyadası HAZIRLADI
Britaniyanın “SkyNews” telekanalı yaxın vaxtlarda Britaniya xüsusi təyinatlıları tərəfindən təlim keçmiş min dəniz piyadasının Ukraynaya qayıdacağı barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna döyüşçüləri Britaniyadakı təlimləri son dərəcə gərgin adlandırıb.


Mənbələrin məlumatına görə, Britaniyada Ukrayna dəniz piyadaları sahildə reydlər keçirmək üçün hava ilə doldurulan qayıqlardan istifadə edərək təlim keçiblər.

Qeyd olunub ki, yaxın vaxtlarda Britaniyada təlim keçmiş hərbçilər cəbhə xəttinə gedərək Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda iştirak edəcəklər.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu təlim kursunun keçirilməsi barədə daha əvvəl razılığa gəliblər.

“Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin hazırladığı döyüşçülərin çoxu orduda xidmət etməyən mülki könüllülərdir. Onlara yeni nəsil tank əleyhinə silahların və “Stinger” zenit-raket komplekslərinin istifadəsi, eləcə də minaatanların və kəşfiyyat pilotsuz təyyarələrinin idarə edilməsi üzrə təlimlər keçirilib”, – Britaniya telekanalının həmsöhbəti deyib.

Ümumilikdə 2022-ci ildən bəri 20 mindən çox ukraynalı hərbçinin Böyük Britaniya silahlı qüvvələrində təlim keçdiyi vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru