Misir Ukraynaya siliah verməkdən imtina edib

12-08-2023, 10:38           
Misir Ukraynaya siliah verməkdən imtina edib
Bir neçə aydır ki, ABŞ hakimiyyəti Misirdən Ukraynaya silah tədarük etməyə çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

Məlumata görə, əvvəlcə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mart ayında Ukraynaya artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahların təhvil verilməsi xahişi ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. Daha sonra şəxsi söhbətlərdə Misir hökuməti Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyi planlaşdırmadıqlarına aydınlıq gətirib.

İki ölkənin nümayəndələri bu məsələ ilə bağlı danışıqların aparılması ilə bağlı dərc edilən məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, iyulun sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında ölkəsilə Misir arasında münasibətlərin strateji xarakter daşıdığını bildirib. O, siyasətdə və iqtisadiyyatda böyük ortaq layihələri xatırladıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru