Tanzaniyada vətəndaşlara unikal fərdi identifikator veriləcək

12-08-2023, 14:54           
Tanzaniyada vətəndaşlara unikal fərdi identifikator veriləcək
Tanzaniya Prezidenti Samiya Suluhu Hassan inklüziv rəqəmsal iqtisadiyyata keçid barədə fərman imzalayıb.

Sənədə əsasən, beş əsas direktiv, o cümlədən hər bir vətəndaşa məcburi qaydada unikal fərdi identifikatorun verilməsi nəzərdə tutulub.

Unikal fərdi identifikator doğum anından etibarən hər bir tanzaniyalıya veriləcək və insanlara ölkə daxilində tələb olunan bütün xidmətlərdən istifadə etməyə imkan verəcək nömrədir. Vahid məlumat bazasına, məsələn, xəstəxananın adı, doğum vaxtı, cinsi, çəkisi və s. daxil ediləcək.

Bu xüsusi nömrə ilə hər hansı bir qurum - banklar, səhiyyə təşkilatları və məktəblər fərdi məlumatlara çıxış əldə edəcək.
Prezident müxtəlif qurumların məlumat bazalarında müxtəlif fərdi məlumatların yer aldığı hazırkı vəziyyəti nəzərə alaraq, bunu ölkənin təhlükəsizliyinə ziyan vuran hal kimi qiymətləndirib.

“Biz kimin kim olduğunu bilmək istəyirik. Bu, insanların identifikasiyasını asanlaşdırmağa kömək edəcək, həmçinin təsdiqedici sənədlər zəncirini tapmaqdakı çətinlikləri azaldacaq”, - deyə dövlət başçısı bildirib.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru