"Nigerə qarşı müharibə ədalətsizdir!" - Nigeriyada Fransa əleyhinə etiraz

13-08-2023, 00:19           
"Nigerə qarşı müharibə ədalətsizdir!" -
Nigeriyanın şimalında Fransanın Nigerə qarşı planlaşdırdığı hərbi əməliyyata qarşı etiraz aksiyası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Nigeriyanın "The Nation" qəzeti məlumat yayıb.

Aksiya iştirakçıları “Fransa Nigeri öldürür”, "Biz müharibə istəmirik!", "Nigerə qarşı müharibə ədalətsizdir!" kimi şüarlar səsləndiriblər.

Nümayişçilər Nigeriya və Niger bayraqlarını daşıyıblar, Fransa bayrağını isə yerə atıblar.

Bundan əvvəl məlum olub ki, Niger üsyançılarının yaratdığı hərbi şura ECOWAS-ın müdaxiləyə hazır olması ilə bağlı bəyanatları fonunda ordunun hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Avqustun 11-də Nigerdə hərbi qiyamçıların tərəfdarları ölkənin paytaxtı Niameydəki Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru