Səudiyyə Ərəbistanı Fələstinə ilk dəfə səfir təyin edib
13-08-2023, 11:46
Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.
APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İordaniyadakı səfir Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Diplomat Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi fəaliyyət göstərəcək”, - departamentin "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının ilk diplomatı olub.
Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.