Danimarkalılar Quranın yandırılmasının əleyhinə çıxdı

13-08-2023, 14:13           
Danimarkalılar Quranın yandırılmasının əleyhinə çıxdı
Danimarkalıların 51%-i Quranı yandırmaq üçün edilən hərəkətləri pisləyir.
Bu nəticəni “Megafon”un sorğusu göstərir. Sorğunun nəticələrini Danimarkanın TV2 telekanalı təqdim edib.
Sorğuda 1008 respondent iştirak edib və avqustun 10-da başa çatıb. Sorğuda iştirak edənlərdən bu cür hərəkətlərə qadağa qoyulmasını dəstəkləyib-istəməmələri soruşulub. İştirakçıların 39%-i qadağanın əleyhinə səs verib, 10%-i öz qərarsız qalıb.
Eyni zamanda, sorğu onu da göstərib ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti – 84%-i “hamının, o cümlədən xoşagəlməz və ifrat fikirlərə sahib olanların söz azadlığının mövcud olduğu cəmiyyətdə yaşamağın vacibliyi” qənaətindədir.
Sorğunun keçirilməsinə səbəb Danimarka hökumətinin dini simvolların yandırılmasını qadağan edən qanunvericilik təşəbbüsü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru