Roma Papası Aralıq dənizində miqrant ölümlərini “bəşəriyyətin açıq yarası” adlandırıb
14-08-2023, 09:14
Papa Fransisk Müqəddəs Pyotr meydanında yenidən Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə getməyə çalışan miqrantlar mövzusuna müraciət edib.
APA xəbər verir ki, o, bunu ənənəvi bazar günü xütbəsinin sonunda söyləyib.
"Bir neçə gün əvvəl Aralıq dənizində daha bir faciəli gəmi qəzası baş verdi: 41 nəfər öldü. Onlar üçün dua etdim. Acı və utancla demək lazımdır ki, ilin əvvəlindən indiyədək 2 minə yaxın kişi, qadın və uşaq həlak olub bu dənizdə. Onlar Avropaya çatmağa çalışırdılar. Bu, bizim insanlığımızın açıq yarasıdır”, - pontifik bildirib.
O əlavə edib ki, o, “bu yaranın” həmrəylik və qardaşlıq ruhunda sağalması üçün siyasi və diplomatik səyləri, eləcə də gəmi qəzalarının qarşısını almaq və miqrantları xilas etmək üçün çalışan bütün şəxslərin öhdəliyini dəstəkləyir.