Eynicinsli nikahlarla bağlı heç nəyə imza atmaq istəmirəm - Vuçiç

14-08-2023, 10:43           
Eynicinsli nikahlarla bağlı heç nəyə imza atmaq istəmirəm - Vuçiç
Belə qərarlara görə Aİ rəsmiləri bizə hücum edəndə deyirəm ki, mənə hücum edin və bunun tərəfdarı olan Ana Brnabiçi qınamayın.
Serbiya prezidenti Aleksandar Vuçiç respublikanın ənənəvi dəyərləri qoruduğunu və dövlət başçısı olduğu müddətdə LGBT icmasına dəstək verən bir dənə də normativ aktı təsdiq etməyəcəyini bildirib.
“Serbiyada, nə qədər ki, mən prezidentəm, kişi və qadın istisna olmaqla, üçüncü cinsin mövcudluğunun mümkün olacağı bir qanunu və ya başqa heç nəyi imzalamayacağam. Bu, Serbiyada olmayacaq”, deyə Vuçiç Pink TV-də çıxışı zamanı vurğulayıb.

"Mən baş nazir Ana Brnabiçdən xahiş etdim ki, mən prezident olduğum müddətdə eynicinsli nikahlar və sairlə bağlı heç nəyə imza atmaq istəməzdim", - deyə Serbiya lideri qeyd edib.
"Belə qərarlara görə Aİ rəsmiləri bizə hücum edəndə deyirəm ki, mənə hücum edin və bunun tərəfdarı olan Ana Brnabiçi qınamayın. Buna icazə verməyən şəxs mənəm. Biz ənənəvi cəmiyyətik", - Vuçiç fikirlərini yekunlaşdırıb.

2023-cü il sentyabrın 4-dən sentyabrın 10-dək Serbiyanın paytaxtında LGBT icmasına dəstək məqsədilə bir sıra tədbirlər, o cümlədən sentyabrın 9-da şəhər boyu yürüş keçiriləcək. Qürur Həftəsi çərçivəsində teatr festivalı, sərgilər, panel müzakirələri, debatlar, əyləncə gecələri və ictimai çıxışlar kimi mədəniyyət, incəsənət və maarifləndirici tədbirlər elan edilib.
Sputnik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru