BƏƏ Sudana silah göndərilməsi ilə bağlı iddiaları təkzib edib

14-08-2023, 12:24           
BƏƏ Sudana silah göndərilməsi ilə bağlı iddiaları təkzib edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) KİV-də Sudandakı münaqişə tərəflərindən birinə silah-sursat tədarük etdiyi dair yayılan xəbərləri təkzib edib.
Bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“KİV-də BƏƏ-nin Sudandakı münaqişə tərəflərini silah və sursatla təchiz etdiyi barədə yayılan xəbərlərə gəlincə, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Əfra Əl Hamili bu iddiaları və ittihamları qətiyyətlə rədd edib”, - nazirlik açıqlayıb.

Bildirilib ki, BƏƏ münaqişə başlanandan bəri Sudanda münaqişə tərəflərindən heç birinə silah-sursat verməyib.

Əl Hamili əlavə edib ki, BƏƏ münaqişədə tərəf tutmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru