Danimarkanın XİN rəhbəri Quranın yandırılmasına görə üzr istədi

15-08-2023, 10:34           
Danimarkanın XİN rəhbəri Quranın yandırılmasına görə üzr istədi
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib.

Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı aparıb.

O, müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı baş verən hadisələrdən təəssüfləndiyini bildirib.

Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə hadisələr Danimarka cəmiyyətindəki tolerantlıq ənənələrinə tamamilə ziddir.

Siyasətçi onu da qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekunlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru