Moldova İrana qarşı sanksiyalar tətbiq edib

15-08-2023, 08:53           
Moldova İrana qarşı sanksiyalar tətbiq edib
Moldova İrana qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşulub.

Buna Tehranın Rusiya ordusuna yardım etməsi səbəb olub.

Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov məlumat verib.

Məlumata görə, Moldova Aİ-yə namizəd olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, həmçinin Avropa İqtisadi Birliyinin üzvü olan İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.
Bildirilib ki, Aİ Moldovanın bu qərarını alqışlayıb.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru