Yeni Zelandiya koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edib

15-08-2023, 10:49           
Yeni Zelandiya koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edib
Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən koronavirus səbəbiylə bütün karantin məhdudiyyətlərini ləğv edib. SİA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Səhiyyə naziri Ayeşa Verrall bildirib ki, COVID-19-un ümumi yoluxma səviyyəsi və xəstəliyə görə xəstəxanaya yerləşdirilmələrin sayı iyun ayının əvvəlindən azalır.

Onun sözlərinə görə, son bir ayda ölkədə COVID-19-a yoluxma hallarının sayı ən aşağı səviyyəyə çatıb. Belə ki, avqustun 14-də xəstəxanaya daxil olanların 2,2 %-i COVID-19 infeksiyasına yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru