Liviya paytaxtında silahlı toqquşmalar başladı

15-08-2023, 09:37           
Liviya paytaxtında silahlı toqquşmalar başladı
Liviya paytaxtının cənubunda silahlı toqquşmalar başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Libya əl-Əhrar" telekanalı məlumat yayıb.

Hazırda Ayn Zara və Salah əd-Din bölgələrində atışma səsləri eşidilir.

Tibb müəssisələri fövqəladə vəziyyətə keçib, lakin itkilər barədə məlumat yoxdur.

Tripolinin cənubundakı gərginliyin paytaxt hərbi dairəsinin qoşunlarına daxil olan və Liviya Prezidenti Şurasına bağlı olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanması ilə bağlı olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru