BMT döyüşləri dayandırmağa çağırır

16-08-2023, 08:58           
BMT döyüşləri dayandırmağa çağırır
Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası (UNSMIL) Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.

UNSMIL-dən verilən açıqlamada, dünən gecədən bəri Tripolidəki qarşıdurmalar və onların mülki şəxslərə təsirlərinin narahatlıqla izlənildiyi bildirilib.

"Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər təhlükəsizlik sahəsində bu illər ərzində əldə edilmiş nailiyyətləri qəbul etməli və münaqişələri dialoq yolu ilə həll etməlidir", -deyə açıqlamada qeyd olunur.

Digər tərəfdən, Liviya Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurma səbəbi ilə Tripolidə qapalı qalan vətəndaşlardan evakuasiya yardımı çağırışının alındığı bildirilib.

Paytaxtda mülki əhalinin məskunlaşdığı yaşayış massivlərində baş verən qarşıdurmalardan təəssüf ifadə olunan bəyanatda, həmçinin münaqişə tərəflərini mülki şəxslərin təxliyəsi üçün təhlükəsiz dəhlizlər açmaq və müvafiq tibb işçilərinin keçidinə icazə vermək çağırışı edilib.

Liviya Səhiyyə Nazirliyinin İlk Yardım və Təcili Yardım Bölməsinin sözçüsü Usamə Əli dünən münaqişə bölgələrindən 26 ailənin təxliyə edildiyini açıqlayıb.

Qeyd edək ki, dünən paytaxtın bəzi yerlərində “Rada”, Liviya Prezident Şurasının sədrliyinə bağlı Cinayət və Terrorla Mübarizə İdarəsi ilə Milli Birlik Hökumətinə bağlı “444 Briqadası” arasında toqquşmalar baş verib.

Liviya hakimiyyəti bu gün paytaxtın cənubunda və Ayn Zara bölgələrində qarşıdurmaların davam etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru