Əfqanıstanın paytaxtında bayram marafonu - VİDEO

16-08-2023, 14:54           
Əfqanıstanın paytaxtında bayram marafonu - VİDEO
ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxarılmasının ikinci ildönümü münasibətilə Kabildə qaçış marafonu keçirilib.

Marafona yüzlərlə Əfqanıstan vətəndaşı qoşulub.

Xatırladaq ki, 2001-ci ildə ABŞ və müttəfiqləri Əfqanıstana qoşun yeridərək “Taliban”ın hakimiyyətinə son qoymuşdular. 20 il sonra - 2021-ci ilin avqust ayında Pentaqon ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tamamilə tərk etdiyini açıqladı.
Yenidən siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı ABŞ və müttəfiqlərinin ölkəni tərk etməsi ilə əlaqədar 15 avqust tarixinin Əfqanıstanda bayram günü kimi qeyd olunması barədə göstəriş verib.

Mənbə: RTA English












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru