Münaqişənin fitili alovlandı - BÖLGƏ QAN GÖLÜNƏ DÖNDÜSİYASƏT

16-08-2023, 12:10           
Münaqişənin fitili alovlandı -
Paytaxt Tripolidə Liviya Prezident Şurası və Milli Birlik Hökumətinə bağlı qüvvələr arasında iki gündür davam edən qarşıdurmalarda çoxlu sayda insan həyatını itirib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, qarşıdurmalarda 27 nəfərin öldüyü, 106 nəfərin yaralandığı bildirilib.

Dünən paytaxtın bəzi bölgələrində Liviya Prezident Şurasına bağlı Cinayətlər və Terrorizmlə Mübarizə İdarəsi “Rada” ilə Milli Birlik Hökumətinə tabe olan “444-cü Briqada” arasında qarşıdurma başlayıb.

Liviya rəsmiləri toqquşmaların paytaxtın cənubunda və Ayn Zara bölgələrində davam etdiyini açıqlayıb.

Toqquşmaların səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, Liviya mətbuatında qarşıdurmanın fitilinin “Rada”nın “444-cü Briqada”nın komandiri Mahmud Həmzəni saxlaması ilə alovlandığına dair xəbər yayılıb.

Liviya Milli Birlik Hökuməti bundan əvvəl Tripolidə atəşkəsin elan olunduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru