Liviya paytaxtında baş verən döyüşlərdə 55 nəfər həlak olub - VİDEO
17-08-2023, 10:30
Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalarda ölənlərin sayı 55-ə çatıb.
Bu barədə yerli mətbuat həkimlərin məlumatına əsasən xəbər verir.
Toqquşmalar nəticəsində 146 nəfərin yaralandığı bildirilir. Məlumat üçün əlavə edək ki, Liviya Silahlı Qüvvələri bir-birinə əks qütbdə dayanan siyasilərlə əlaqədə olduğundan ölkədə mütəmadi olaraq insan itkiləri ilə nəticələnən silahlı toqquşmalar baş verir.