“Rusiya “Kursk” AES-də təxribat törədə bilər” – Ukraynanı ittiham etmək üçün

17-08-2023, 16:44           
“Rusiya “Kursk” AES-də təxribat törədə bilər” – Ukraynanı ittiham etmək üçün
Rusiya özünə məxsus nüvə obyektlərində təxribat törədərək, günahı Ukraynanın üzərinə yıxmağı planlaşdırır.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Milli Müqavimət Mərkəzinin Rusiya Federasiyasındakı “Kursk” AES-də Rusiyanın təxribat hazırlığı ilə bağlı məlumatlarına münasibət bildirərkən deyib.

Yusov belə bir məlumatın olduğunu təsdiqləyib: “Belə bir məlumat var və bu, xüsusilə nazirlik tərəfindən artıq ictimaiyyətə açıqlanıb”.

Öz mülki əhalisinə qarşı terror hücumlarının Putin rejiminə xas olduğunu və bunun təəccüb doğurmadığını vurğulayan Yusov, bu cür təxribatların baş verə biləcəyini deyib.

(AzPolitika.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru