"Soyuz-5" daşıyıcı raketinin ilk buraxılışı 2025-ci ilin dekabrına planlaşdırılıb
18-08-2023, 09:25
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinə "Proqress" mərkəzinin inkişaf perspektivləri haqqında məlumat təqdim edilib. "Proqres" Raket və Kosmik Mərkəzinin hazırladığı "Soyuz-5" daşıyıcı raketinin ilk buraxılışı 2025-ci ilin dekabrına planlaşdırılıb. Müvafiq məlumat cümə axşamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinə Samaradakı "Proqress" raket və kosmik mərkəzi" Səhmdar Cəmiyyətində ("Proqress" RKM SC) təqdim olunub. Mişustinə "Soyuz-5" daşıyıcı raketin yığılması və sınaq emalatxanası göstərilib. Sonra bütün "Proqress" mərkəzinin inkişaf perspektivləri haqqında məlumat təqdim edilib. Hökumət başçısına təqdim olunan materiallara əsasən, "Soyuz-5" daşıyıcı raketinin yaradılması 2025-ci il noyabrın 25-də, Baykonur kosmodromunda avadanlığın quraşdırılması isə avqust ayına qədər başa çatdırılmalıdır. "Soyuz-5"-in 1 saylı buraxılışı isə 24 dekabr 2025-ci il tarixə planlaşdırılıb. Sputnik