Rusiya moldovalı deputatların ölkəyə girişinə qadağa qoydu

19-08-2023, 00:04           
Rusiya moldovalı deputatların ölkəyə girişinə qadağa qoydu
Rusiya Moldovanın Kişinyovdakı səfirliyinin işçilərini ixtisar etmək tələbinə cavab olaraq, ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasından (PDS) bir neçə deputatın öz ərazisinə girişini qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarova məlumat verib.

"20 Moldova vətəndaşı Rusiyaya giriş qadağası alıb. Onların arasında PDS-in 18 deputatı, həmçinin Müstəqil Mətbuat Assosiasiyasının rəhbəri Petr Makovey və Sərhəd Polisinin rəis müavini Oleq Bukataru da var" - o, deyib.

Qeyd edək ki, bu gün Moldovanın səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona cavab olaraq Moskvanın bir sıra respublika rəsmilərinin ölkəyə girişini bağlamaq qərarı barədə məlumat verilib.

Bazar ertəsi Rusiya səfirliyinin 45 əməkdaşı Kişinyovu tərk edib. Moldova tərəfi nümayəndəliyin ştatının 10 diplomatik işçi və inzibati, texniki və digər funksiyalara cavabdeh olan 15 nəfərə qədər azaldılmasını tələb edib. Beləliklə, onların sayı Moldovanın Moskvadakı səfirliyi səviyyəsinə çatdırılıb. Kişinyov öz qərarını çoxsaylı qeyri-dost hərəkətləri və Rusiyanın Moldovada daxili siyasi sabitliyi pozmaq cəhdləri ilə izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru