ABŞ Nigerdən iki bazasını çıxarmaq üçün plan hazırlayır

19-08-2023, 08:25           
ABŞ Nigerdən iki bazasını çıxarmaq üçün plan hazırlayır
ABŞ hərbi komandanlığı ehtiyat tədbiri olaraq Nigerdən iki bazanın boşaldılması barədə planlar hazırlayır. "Report" "Associated press"ə istinadan xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə, biz ümid edirik ki, Nigerdəki böhranın sülh yolu ilə diplomatik həllini tapa biləcəyik və bundan sonra oranı tərk etmək məcburiyyətində qalmayacağıq", - general bildirib.

Söhbət pilotsuz təyyarələrin bazasından, eləcə də terrorçulara qarşı mübarizə üçün istifadə edilən bazadan gedir.

Hekker əlavə edib ki, ABŞ ordusu indi bu bazaların Nigerdən başqa hansı ölkələrdə yerləşə biləcəyini müəyyənləşdirir.

Qeyd edək ki, sözügedən bazalar paytaxt Niameydə və Nigerin şimalındakı Aqadez şəhərində yerləşir.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru