Nigerdəki çevrilişin altından FRANSA ÇIXDI...

19-08-2023, 11:06           
Nigerdəki çevrilişin altından FRANSA ÇIXDI...
Nigerdə üsyançıların təyin etdiyi Baş nazir Əli Mahaman Lamin Zeyn Fransa qüvvələrini ölkədə saxlamaq istəyir.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə o, “New York Times” qəzetinə müsahibəsində deyib.

“Biz Fransa universitetlərində oxumuşuq, zabitlərimiz isə Fransada təlim keçib. Biz sadəcə hörmət etmək istəyirik”, – Baş nazir deyib.

Əli Lamin Zeyn vurğulayıb ki, gələcəkdə Niamey ABŞ ilə hərbi tərəfdaşlığı dəyərləndirəcək. Bununla belə, o, vəziyyəti diplomatik yolla nizamlamağa çağıran Vaşinqtonun mövqeyini də qeyd edib.

Zeynin sözlərinə görə, hakimiyyətə gələn hərbçilər həbsdə olan Prezident Məhəmməd Bazuma zərər verməyəcək.

Xatırladaq ki, iyulun 27-də Niger ordusu milli televiziya ilə prezidentin devrildiyini elan edib.

İyulun 31-də Niger sakinləri Fransa səfirliyi qarşısında aksiya keçiriblər. Etirazçılar Fransa əleyhinə şüarlar səsləndirərək Nigerdəki xarici hərbi bazaların bağlanmasını tələb ediblər. Fransa avqustun 1-dən öz vətəndaşlarını Nigerdən təxliyə etməyə başlayıb. Daha sonra Avropa İttifaqı da vətəndaşların təxliyyə edildiyini açıqlayıb. Avqustun 3-də qiyamçıların mərkəzi orqanı olan Vətənin Xilası Milli Şurası respublikanın Nigeriya, ABŞ, Toqo və Fransadakı səfirlərinin səlahiyyətlərinə xitam verildiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru