Tramp könüllü təslim olur?

19-08-2023, 11:08           
Tramp könüllü təslim olur?
ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24-də və ya 25-də Corciya ştatının Fulton dairəsinin həbsxanasına təslim olmağı planlaşdırır.

Teref.Az report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşına istinadən CNN məlumat yayıb.

O iddia edib ki, Tramp gələn həftənin sonunda - ya cümə axşamı, ya da cümə günü Fulton dairəsindəki həbsxanaya könüllü gedəcəyi gözlənilir.

Fulton dairəsinin prokuroru Feni Uillis daha əvvəl deyib ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Təqsirləndirilən şəxslərin həbsxanada fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri götürüləcək.

Ətraflı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru