Bu iki ölkə Nigerə döyüş təyyarələri göndərdi - ECOWAS
19-08-2023, 17:56
Bu iki ölkə Nigerə döyüş təyyarələri göndərdi -
Mali və Burkina Faso Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxiləsinə qarşı Nigerə döyüş təyyarələri göndərib.
Niger dövlət televiziyası RTN-də yayımlanan xəbərdə Mali və Burkina Fasonun Nigerlə həmrəy olduğu, bu ölkəyə döyüş təyyarələri göndərdiyi qeyd edilib.
Həmçinin xəbərdə bu ifadələrə yer verilib: “Mali və Burkina Faso Nigerə təyyarərələr göndərərək yayımlanan birgə bəyannamədəki öhdəliklərini konkret fəaliyyətə çevirdilər”.
Xəbərdə Mali və Burkina Fasonun Nigerə “Super Tucano” tipli döyüş təyyarələri göndərdiyi qeyd edilib.