Putin Türkiyəyə gəlməkdən imtina edir? – Ankara və Kremlin mesajları fərqli oldu

19-08-2023, 19:33           
Putin Türkiyəyə gəlməkdən imtina edir? – Ankara və Kremlin mesajları fərqli oldu
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq davam edir.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç deyib.

“Bu istiqamətdə işlər davam etdirilir. Rusiyada daxili durumla əlaqədar qrafik hazırlanır, səfərin tarixi ilə bağlı danışıqlar aparılır. Bunun üzərində işləyirik”, - Türkiyə rəsmisi bildirib.

Kılıç həmçinin qeyd edib ki, Ankara iyulun 17-də ləğv edilmiş taxıl müqaviləsinin bərpası üzərində işləyir.

Rusiya mətbuatının iddiasına görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin avqustun 31-də görüşə bilərlər, amma məkan dəqiqləşdirilməyib. Bundan əvvəl Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib ki, prezidentlərin görüş yeri və dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Eyni zamanda, Peskov görüş yerinin müzakirə ediləcəyini, bunun Türkiyə olmasının vacib olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru