İsveç Ukraynaya yarım milyard avro ayırır

20-08-2023, 12:13           
İsveç Ukraynaya yarım milyard avro ayırır
İsveç müharibədən zərər çəkmiş Ukraynaya bərpa üçün 500 milyon avro (925,7 milyon manat) ayırmaq niyyətindədir.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov “Rada” telekanalının canlı efirində bildirib.

“Hərbi dəstəkdən əlavə İsveç bir neçə il ərzində Ukraynanı bərpa etmək üçün təxminən yarım milyard avroluq strategiya qəbul edib”, - deyə o bildirib.
Nikiforovun sözlərinə görə, ianəni özəl biznes nümayəndələri də edə bilərlər.

O həmçinin Stokholmun Kaxovka su elektrik stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş ərazilər üçün Kiyevə içməli su nasoslarını verməyi vəd etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru