Qonşuda koronavirusa yoluxanların sayı artır

20-08-2023, 19:13           
Qonşuda koronavirusa yoluxanların sayı artır
Gürcüstanda COVİD-19 virusuna yoluxma halları yenidən artır. Son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma halları qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsı halları da artıb.

Direktor yeni növ Omikron - EG.5 virusunun Gürcüstan ərazisində qeydə alınması təhlükəsinin olduğunu bildirib, lakin bunun hələ rəsmən təsdiqlənmədiyini vurğulayıb.

Mütəxəssis bununla belə deyib ki, indiki mərhələdə narahat olmağa əsas yoxdur, ölkənin Səhiyyə Nazirliyi lazımi tədbirləri görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru